Azərbaycan sərhədini pozmaq istəyib çaya düşdülər: İkisi körpə olan beş əcnəbi xilas edildi

Azərbaycan sərhədini pozmaq istəyib çaya düşdülər: İkisi körpə olan beş əcnəbi xilas edildi
Video
Hadisə 283

Azərbaycan sərhədini pozmağa cəhd edən və həyatı təhlükədə olan Pakistan vətəndaşları təxliyə ediliblər.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Xudat" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.

Sərhəd zastavası dərhal "Silaha" komandasına qaldırılaraq xidməti ərazi qapadılıb, Rusiyanın sərhəd nümayəndəliyi məlumatlandırılıb.

Dövlət sərhədini pozmağa cəhd edərkən Samur çayının təhlükəli relyefi və güclü axınında köməksiz vəziyyətdə qalaraq həyati təhlükə ilə üzləşən sərhəd pozucularının xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib, sərhədçilərin peşəkar müdaxiləsi nəticəsində onların təxliyəsi mümkün olub.

Saxlanılan şəxslərin Pakistan İslam Respublikası vətəndaşları - 1975-ci il təvəllüdlü Begüm Raqia, 1991-ci il təvəllüdlü Ahmed Suleyman, 2000-ci il təvəllüdlü Sumera Süleyman Ahmed, 2021-ci il təvəllüdü Suleman Muhammed Sultan, 2022-ci il təvəllüdlü Skender Muhammed Sultan olduğu müəyyənləşdirilib.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Son xəbərlər