Azərbaycan Qarabağda qalan 10 erməni və bir rusu Ermənistana təhvil verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qarabağda qalan 10 erməni və bir rusu (Ermənistan vətəndaşı) Ermənistana təhvil verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib.
Ermənistan vətəndaşları 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən yerli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində nəzarəti tam bərpa etdikdən və ərazi bütövlüyünü təmin etdikdən bəri orada qalırdılar.
Nazirin sözlərinə görə, bu şəxslər hər iki ölkənin səlahiyyətli orqanlarına Ermənistana təhvil verilmələri xahişi ilə müraciət ediblər. Bu müraciətlər əsasında adıçəkilən şəxslər Ermənistana təhvil veriliblər.
Oxşar xəbərlər
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi: Qatil hadisə anını danışdı
Baku TV-nin "Kriminal" verilişində 2024-cü il noyabrın 5-də Sabunçu qəsəbəsində baş vermiş ağır cinayət hadisəsindən bəhs olunub. Həmin gün saat 22 radələrində...