Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.
Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
Oxşar xəbərlər
Bakıda gənc oğlan küçədə bıçaqlandı
Bakıda gənc oğlan küçədə bıçaqlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində 2005-ci il təvəllüdlü Ramal Ələkbərov bıçaqlan...