Dillər Universitetinin yataqxanasındakı yanğında 14 nəfər xəsarət alıb - YENİLƏNİB/VİDEO

Dillər Universitetinin yataqxanasındakı yanğında 14 nəfər xəsarət alıb - YENİLƏNİB/VİDEO
Video
Hadisə 2

Bu gün Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.

TƏBİB-dən BAKU.WS-ə verilən məlumata görə, ilkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb. Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

***10.17

Azərbaycan Dillər Universitetinin yataqxanasında yanğın olub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, yanğın səhər saatlarında qeydə alınıb.

Hadisə ilə əlaqədar FHN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir:

"FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir".

Hadisə yerindən görüntüləri təqdim edirik:

Son xəbərlər