Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb
Hadisə 288

AFFA Gənclər Liqasının İsgəndər Cavadov Bakı Futbol Akademiyası (İCBFA) - "Kəpəz" oyununda kütləvi dava düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, hadisəyə meydan sahiblərinin futbolçusu Alireza Rahiminin təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.

İCBFA tərəfindən təhlükəsizlik tədbirləri təmin edilmədiyi üçün azarkeşlər meydana daxil olaraq qonaq komandaya qarşı təzyiq göstərib. Nəticədə tərəflər arasında münaqişə yaşanıb.

"Kəpəz”dən Elşən Mirzəyev, Cahangir Nəbiyev, Sənan Kərimov və Arzu Atakişiyev, İCBFA-dan isə Qürbət Əhmədov, Elmin Qaçaylı, Nihat Bayramlı, İbrahim Bağırov və Alireza Rahimi davada aktiv iştirak etdiklərinə görə, onların hər birinə ayrı-ayrılıqda 5 oyun cəza verilib.

Meydan sahibləri qarşıdakı üç oyunu azarkeşsiz keçirəcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər