Axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb - FOTO

Axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb - FOTO
Hadisə 514

Ukraynanın paytaxtı Kiyevdə “kabus” ləqəbli uzun zamandır axtarılan Azərbaycan vətəndaşı oğru saxlanılıb.

BAKU.WS xəbər verir ki, Kiyev şəhər polisindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, Bakı şəhər, Səbael rayonunda qeydiyyatda olan, 1967-ci il təvəllüdlü Kərimov Şahin Abbas oğlu ötən gün saxlanılıb.

Onu paytaxtın Peçerskiy rayon polisi xüsusi əməliyyat nəticəsində tutub.

“Kabus” adlandırılan azərbaycanlı oğru uzun zamandır müxtəlif statuslu ailələrin evlərinə girib qarətlər edib.

Ötən günə qədər müxtəlif səylərə baxmayaraq, onu yaxalamaq mümkün olmayıb.

Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Axtarışda olan “kabus” ləqəbli azərbaycanlı oğru saxlanılıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər