Avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü ƏLƏ KEÇDİ

Avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü ƏLƏ KEÇDİ
Video
Hadisə 229

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

İdarənin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "VAZ 2107" markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.

Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha çağırış edir: Yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Qaydalardan kənar davranışlar təhlükə yaradır və hüquqi məsuliyyət doğurur.

Hər kəsi diqqətli olmağa və yolda nümunəvi davranış sərgiləməyə dəvət edirik.

Unutmayaq ki, Yol hərəkəti təhlükəsizliyi – hər kəsin məsuliyyətidir!

Son xəbərlər