Avtomobillərə qənim kəsilən paytaxt sakini tutuldu

Avtomobillərə qənim kəsilən paytaxt sakini tutuldu
Hadisə 1126
 

2 avtomobil qaçırmış Bakı şəhər sakini Zakir Mustafayev tutulub.

BAKU.WS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi, Əlahiddə Çevik Polis Alayı, Nərimanov RPİ 17-ci PB və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Bakı şəhər sakini Əfqan İsmayılova məxsus "VAZ-21011” markalı, iyunun 3-də Aydın Əliyevə məxsus "VAZ-2106” markalı avtomobilləri qaçırmış Bakı şəhər sakini Zakir Mustafayev tutulub.

Araşdırmalar zamanı Z.Mustafayevin qeyd edilən avtomobilləri Maştağa qəsəbə sakini Məcid Məcidova verməsi, sonuncunun isə həmin avtomobilləri hissələrə bölərək satması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məcidov tutulub.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda silahlı dəstə zərərsizləşdirildi

Bakıda silahlı dəstə zərərsizləşdirildi

Bakıda vətəndaşlarda silah və narkotik aşkar edilib. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu qəsəbə sakinləri olan bir qrup vətənda...

2469 Hadisə 14:30 27 aprel 2016

Son xəbərlər