Avtobus xarab oldu, sərnişinlər soyuq havada yolda qaldı

Avtobus xarab oldu, sərnişinlər soyuq havada yolda qaldı
Video
Hadisə 104

Bu gün səhər saatlarında 64 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan biri yolda xarab olub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə göndərilib.

Bildirilib ki, hadisə günün ən sıx vaxtında baş verdiyindən sərnişinlər avtobusdan düşürülərək soyuq hava şəraitində uzun müddət nəqliyyat gözləmək məcburiyyətində qalıblar.

Sərnişinlər bildirirlər ki, bu hal ilk dəfə deyil və sözügedən xəttdə köhnə və texniki nasaz avtobuslar tez-tez problem yaradır. Narazı vətəndaşlardan biri vəziyyətə belə reaksiya verib:

"Bu neçənci dəfədir bu salxaq maşınlar yolda qalır. Nasazdırsa, bu xəttə niyə buraxırlar? Səhər-səhər camaat işə gedən vaxtında hamı işindən-gücündən olur, burda avtobus gözləyirik soyuğun altında".

Son xəbərlər