Atasının qətlini sifariş verməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Atasının qətlini sifariş verməkdə təqsirləndirilən Fərəc Fərəcov, onunla birgə mühakimə olunan, tanışları İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Fərəc Fərəcov 8 il, İlkin Hüseynov 8 il, Fariz İsmayılov isə 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fərəc Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə ittiham edilib.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...