Atasının qətlində təqsirləndirilən Ayxana prokuror cəza istəyib
Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra cinayət işinin məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Daha sonra çıxışlar mərhələsində prokuror dövlət ittihamının müdafiəsi zamanı zərərçəkənin hüquqi varisinin təqsirləndiriləndən şikayətçi olmadığını əsas gətirərək Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib.
Vaxt məhdudiyyətinə görə müdafiə tərəfinin çıxışları üçün növbəti proses sentyabrın 2-nə təyin olunub
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi "Gülçülük Sovxozu" ərazisində baş verib.
Qəsəbə sakini 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
Avqustun 11-də keçirilən "Sabah" - "Orhus" oyunundan sonra baş verən insidentlə bağlı yeni görüntülər yayılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, oyunda...