Atası tərəfindən vəhşicəsinə döyülən körpənin anası: "Mənim əl-qolumu bağlamışdı"
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşağın anası Sevinc Telman qızı Rəhimova övladının, həyat yoldaşı tərəfindən döyüldüyünü təsdiq edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı, o, sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, övladını o vəziyyətə salan şəxs Sadiq Azər oğlu Rəhimovdur.
"O mənə deyirdi ki, yetimxanada olan uşaq mənim oğlum deyil, dəyişik salıblar. Mənim əlimi-qolumu bağlamışdı. Balamın geri qaytarılmasını istəyirəm", - deyə S.Rəhimova bildirib.
Xatırladaq ki, avqustun 27-də Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alıblar. Döyülən körpələrin hər iki valideyninin əqli qüsurlu olduğu bildirilir.
Körpələrin anası Sevinc Rəhimovanın üçüncü uşağına hamilə olduğu da qeyd olunur.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...