"Atam cəzamı eşidib öldü" - 10 il azadlıqdan məhrum olan musiqiçi - VİDEO

26
noy
2017
12:00
ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında musiqiçi Murad Baxşıyevin həbsxana hekayələrindən bəhs edilib.Murad Baxşıyev (cəzası 9 il 6 ay): "Musiqiçiyəm, sənətə kiçik yaşlardan həvəsliyəm. El şənliklərində çıxışlar edirdim. Həbsimə səbəb olan hadisədən danışmaq istəmirəm. Cinayətə meyl etmişəm, ancaq yenə vurğulayıram ki, peşmanam. Atam bu cəzanı eşidəndən sonra, dünyasını dəyişdi, anamın vəziyyəti xeyli pisləşdi. Kaş ki bu hadisə olmayaydı, amma olubsa da, gələcəkdə öz sənətimin üzərində işləməliyəm.Sabah azadlığa çıxandan sonra bu sənəti davam etdirəcəm. Burada şəraitimiz var və məşqlər edirik. Oxumağa böyük sənətkarlardan dərs alaraq başlamışam. Musiqi verilişlərində iştirak edib, televiziyalara qonaq çağırılırdım. Dərəcəli diplomlarım var. Anam yanıma gəlir. Nənəm də təqaüdündən mənə də kömək edir".BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda eyni həbsxanada cəza çəkən ata-oğulun ACI TALEYİ - VİDEO
ARB TV-nin "Rezonans" verilişində bu dəfə ata və oğulun həbsxana xatirələri təqdim olunub. Adil Əliyev (cəzası 13 il): "Ticarətlə məşğul idim. İrana gedib-gəlir...