Kişiləri evə çağırıb başına oyun açan qadın: "Ərim onları döyüb pulunu alırdı" (VİDEO)
ARB TV-nin "Rezonans" verilişində bu dəfə 8 il 6 ay azadlıqdan məhrum edilmiş Əfsanə Hüseynovanın həyat hekayəsinə yer verilib.
Əfsanə Hüseynova (8 il 6 ay): "12 yaşında məni qaçırtdılar. Onlar anamın öz adamları idi. Oğlan məndən 5-6 yaş böyük idi. Sonra atam xəbər tutdu, hirsləndi. Atam razı deyildi o yaşda evlənməyimə. Atam oğlanı şikayət etdirib tutdurdu. Əmisi gəlib barışıq üçün danışdı, atam razılaşdı. Oğlanı buraxdılar, sonra biz Rusiyadan gəldik Azərbaycana. Mən gəlmək istəmirdim, oğlanı istəmirdim. Oğlan hər gün məni döyürdü, işgəncə verirdi. Onunla bir xoş günümüz olmadı. Elə söyüşlər söyürdü ki, götürə bilmirdim. Uşaqlarımı götürüb rayona getdim. Sonra barışdıq yenə. Sonuncu dəfə ayrılanda isə 3 uşağımın üçünü də özüylə aparmaq istəyirdi. Sonra razılaşdı ki, balaca mənimlə qalsın. Məni aldatdı ki, get maqazinə uşaqlara nəsə al, gələndə gördüm ki, hamısın aparıb. Kor-peşman qayıdıb Bakıya gəldim. Kafelərdə ofisantlıq etdim. Özümü saxlayıb, dolandırdım. Orada tanış olduğum biri ilə qeyri-rəsmi nikaha girdim və uşağım oldu. Atamgil razılaşdı, onun valideynləri razılaşmadı. Atam bizi Rusiyanın Çelyabinsk şəhərinə apardı. Bir müddət orada qaldıq. Uşağımın sənədləri düzgün olmadığı üçün atamgilin yanında qaldı.
Nə üçün tutulmağıma gəlincə isə, yoldaşım metroda bir nəfəri gördü dedi ki, o, sənə baxır. Onu evə çağır, dərsin verəcəm. Mən də onun nömrəsin götürdüm, zəng elədim evə çağırdım. Yoldaşım onu evdə pis döydü. Günahı oğlanda görmürəm, günah bizdədir. Bilsəm belə olacaq çağırmazdım. Yoldaşım işdən çıxandan sonra dedi ki, gəl belə işlə məşğul olaq. Adamları tapırdı, mən də evə çağırırdım. Döyüb pulunu alırdı. Çox peşmanam. Həmin adamı görməyə gözüm yoxdur. 4 uşağım var, 2 ildir ki, üzlərini görmürəm. Valideynlərimin günahı çoxdur. Uşaq vaxtı məni nənəmin yanına atıb Rusiyaya getdilər. İndi isə nə uşaqlarımı yanıma gətirirlər, nə də telefonda səslərini eşidirəm".
BAKU.WS
Oxşar xəbərlər
Yaba ilə ayağı kəsilən gəlinin ACI DRAMI
Ailədə gördüyü işgəncələr onun yolunu paytaxta salır. Bakıya televiziya kanallarından birinə müraciət edən kimi orada ona mütləq kömək olunacaq ümidiylə gəlir....