Astarada 71 yaşlı kişini qızı öldürübmüş
Yeniliklərdən dərhal xəbərdar olun
Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Astara rayon prokurorluğundan BAKU.WS-ə bildirilib ki, avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir
Oxşar xəbərlər
Bakı şəhər prokurorluğu təkzib edir
Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsul...