Astarada 63 yaşlı kişi çimərlikdə ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada 63 yaşlı kişi çimərlikdə ölüb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Astara rayonunun Şahağacı kəndi ərazisindəki çimərlikdə baş verib.
Belə ki, 1960-cı il təvəllüdlü Masallı rayonu, Ərkivan qəsəbə sakini Məhərrəm Cəmil oğlu Əliyev sahil zolağında dincələrkən qəfildən halı pisləşib. Ətrafdakılar ona yardım etməyə çalışsalar da, həyatını xilas edə bilməyiblər.
Yaxınlarının sözlərinə görə, C.Əliyev bir qədər əvvəl ürək əməliyyatı olunubmuş.
Meyit müayinə olunmaq üçün təcili yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü - TƏFƏRRÜAT + FOTO
2021-ci il martın 22-də Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsində 1954-cü il təvəllüdlü Ramiz Kərimov vəfat edir. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşla...