Astarada 29 yaşlı gənc dənizdə batıb - Payızda toyu olacaqdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Əmisi İdrak Həsənovun APA-ya verdiyi məlumata görə, Şamxal nişanlı olub və payızda toyu olacaqdı:
"O dünən nişanlısı və qayınanasını evlərində qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər".
Qeyd edək ki, axtarışlar davam edir. Əraziyə FHN-nin iki qrupu 18 nəfər canlı qüvvə və iki qayıq cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda dənizdə batan hər 3 yeniyetmənin meyiti TAPILDI - YENİLƏNİB - FOTO/VİDEO
İyulun 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi...