Astara gömrük postunda avtomobildə 21 kq narkotik aşkar edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gömrükçülər avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.
BAKU.WS Komitəyə istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda "Renault" markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə tiryək yerləşdirildiyi məlum olub.
Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə - tiryək aşkar edilib.
Oxşar xəbərlər
DGK-dan əməliyyat: Narkotacir "Aynur" saxlanıldı - VİDEO
Gömrükçülərin həyata keçirdikləri uğurlu əməliyyatlar nəticəsində 3 fakt üzrə 10 kq-dan artıq narkotik vasitə və külli miqdarda güclü təsir edən maddələr aşkar...