Arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs intihar edib

İki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə BAKU.WS-ə Nizami rayon prokurorluğundan bildirilib.
Oktyabrın 29-da saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
***08:00
Bakıda qətl hadisəsi olub.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun 8-ci kilometr qəsəbəsi ərazisində baş verib. Şəxsiyyəti hələlik məlum olmayan kişi əvvəlcə arvadını, sonra isə ilkin ehtimala görə, özünü bıçaqlayaraq öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən ər-arvadın meyitini aşkar ediblər. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Oxşar xəbərlər
Lənkəranda ferma yanıb
Lənkəranda iş adamına məxsus ferma yanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında...