Xalq artisti Arif Babayev dəfn edildi

Xalq artisti Arif Babayev dəfn edilib.
BAKU.WS xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Daha sonra xanəndə dəfn olunmaq üçün Fəxri xiyabana aparılıb. Fəxri xiyabanda Mədəniyyət naziri, incəsənət dostları, tələbələri və media nümayəndələri iştirak ediblər.
Mərhum torpağa tapşırılıb.
Qeyd edək ki, xalq artisti bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib.
13:56
Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
BAKU.WS xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
*** 12:50
Beynəlxalq Muğam Mərkəzində xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Adil Kərimli, sənət dosları və media nümayəndələri iştirak edir.
Qeyd edək ki, xalq artisti bu gün səhər saatlarında vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Mingəçevirdə avtomobil yaşlı qadını vurub öldürüb
Avqustun 1-i axşam saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, "Opel" markalı avtomob...