Arı sancmasından ölən gənc dəfn zamanı ayılıbmış
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbiristanlıqda məlum olub ki, o, sağdır.
Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.
“Qafqazinfo” 24 yaşlı İlqar Qəhrəmanovun dəfndə oyanması ilə bağlı bir sıra təfərrüatları əldə edib.
Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.
Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub.
Qeyd edək ki, İlqar Qəhrəmanov Ağstafaya nişanlısıgilə qonaq gedərkən onu arı sancıb.
Oxşar xəbərlər
Göygöldə 32 yaşlı kişi arı sancmasından ölüb
Göygöl sakini arı sancmasından ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Aqil İsmayılov...