Apreldə KTM-ə zəhərlənmə səbəbi ilə 126 nəfər gətirilib, 4-ü ölüb
Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.
Bu barədə BAKU.WS-ə KTM-dən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir.
Həmçinin onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi, 1 qadın ) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin SON VƏZİYYƏTİ
Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan şəxsin səhhəti ilə bağlı açıqlama verilib. BAKU.WS xəbər verir ki, bu barədə...