Anasını və bacısını öldürən gənc tutuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda anası və bacısını güllələyərək qətlə yetirən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, qətl hadisəsini törədərək hadisə yerindən qaçan Toğrul Zeynallı bu gün günorta saatlarında Bərdə rayon Polis Şöbəsinə gələrək təslim olub. Saxlanılan şəxs Bərdə rayon prokurorluğuna təhvil verilib.
Xatırladaq ki, Toğrul Zeynallı iyunun 1-də gecə saatlarında Bərdə rayonunun Alaçadırlı kəndində yaşadığı evdə anası Nəzirə Zeynalova və bacısı Əminə Zeynallını qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qalereya
Oxşar xəbərlər
Anasını və bacısını öldürən gəncin görüntüsü - Polis hər yerdə onu axtarır - FOTO - RƏSMİ
İyunun 1-də gecə saat 4 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxi...