“Amrahbank”ın sahibinin oğlu həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Ü. İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.
O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.
İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Y. İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.
Xatırladaq ki, "AmrahBank" aprelin 28-i bağlanıb.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...