Altıağacda torpaq qalmaqalı – Məhkəmə davam edir
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ilə bağlı işə Sumqayıt Apellyasiya Məhkəməsində baxış iclası keçirilib.
BAKU.WS Qaynarinfo.az-a istinadən verir ki, məlumatına görə, Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirov Altıağac qəsəbəsində ona məxsus torpaq sahəsini Abel Məhərrəmovun zəbt edərək, xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirməkdə ittiham edir.
Nazim Əmirov bundan xəbər tutduqda məhkəməyə üz tutub. Xızı Rayon Məhkəməsi polkovnik-leytenantın iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib. Bundan sonra o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə işə yenidən apellyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.
Oxşar xəbərlər
Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Vətəndaşların etibarından sui-istifadə edərək onların 32 128 manat pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. Bu barədə BAKU.WS-ə Dax...