Altı milyon manatlıq mənimsəmədə ittiham olunan MN-in sabiq xidmət rəisinin cəzası azaldıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin (MN) "N" saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə N.Mirzəyevin şikayəti qismən təmin edilib və onun cəzası üç ay azaldılıb.
Xatırladaq ki, Namiq Mirzəyev ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunub.
O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Mirzəyev işlədiyi dövrdə altı milyon manatlıq mənimsəmədə ittiham olunub. O, dəymiş ziyanın 343 min 810 manatını ödəyib.
Oxşar xəbərlər
Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir
Bakıda qadın qətlə yetirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində 23 yaşlı qadına kəsi...