Ailə dramı – işləməkdən yorulduğunu deyən arvadını öldürən kişi intihar etdi
07
iyn
2018
15:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi məlum olub.BAKU.WS "Report" agentliyinə istinadən xəbər verir ki, Qırmızı Samux adlanan ərazidə tapılan meyit polis tərəfindən axtarışda olan 1967-ci il təvəllüdlü Kəlbəcər rayonundan məcburi köçkün olan və Göygöl rayonunun Tulalılar kəndində məskunlaşmış Firudin Əlif oğlu Ələsgərova məxsusdur.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, qətl hadisəsi Göygöl rayonunun "Hacıməlik" dəirəsi adlanan ərazisində baş verib. 1967-ci il təvəllüdlü Firudin Ələsgərov həyat yoldaşı, 1973-cü il təvəllüdlü Laləzar Abdullayeva ilə birlikdə evdən çıxıb. Şəmkir rayonuna işləməyə gedən zaman yolda aralarında mübahisə yaranıb.Onlar banka olan borclarına görə hər gün qonşu rayona işləməyə gedirlərmiş.Qadın hər gün Şəmkirdə təsərrüfatda fəhlə işləməkdən yorulmasından şikayətçi olub və daha işə getmək istəmədiyini bildirib.Bu zaman əri ilə aralarında mübahisə yaranıb. F.Ələsgərov arvadına çoxlu saylı bıçaq zərbələri vuraraq onu öldürüb və hadisə yerindən qaçıb. Xatırladaq ki, ailənin 3 övladı var.BAKU.WS
Oxşar xəbərlər
Samuxda ər arvadını döyərək öldürüb
Samuxda qətl hadisəsi törədilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Sə...