Ağstafada əl qumbaraları tapılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafa rayonunda əl qumbaraları tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BAKU.WS-э verilən məlumata görə, dekabrın 12-də Agentlik tərəfindən Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı 2 ədəd F-1 əl qumbarası aşkar olunub.
Əl qumbaralarının üzərində partladıcının (UZRQM) olmasını və korroziyaya uğramısını nəzərə alaraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə aidiyyəti tədbirlər görülərək Agentliyin mütəxəssisləri tərəfindən Ağstafa Rayon Polis Şöbəsinin və yerli icra nümayəndəsinin iştirakı ilə yerində zərərsizləşdirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda universitetin həyətindən əl qumbarası tapılıb - FOTO
Azərbaycan Texnologiya Universitetinin (ATU) həyətyanı ərazisində əl qumbarası aşkar olunub.Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BA...