Ağstafada baş vermiş qəzanın TƏFƏRRÜATI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada yolun buz olması səbəbindən 14 yük maşınının toqquşduğu zəncirvari qəzanın təfərrüatı məlum olub.
Bu barədə Baku TV-nin hazırladığı süjetdə deyilir.
Sürücünün sözlərinə görə, yol sürüşkən olub:
"Hər yer buz bağladığı üçün gələn maşınlar sürüşürdü. Yola duz tökülsəydi, qəza baş verməyəcəkdi".
Qeyd edək ki, hadisə yanvarın 27-si axşam saatlarında Bakı-Qazax-Qırmızı körpü avtomagistralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində iki Türkiyə vətəndaşı - 54 yaşlı Bekar Atəş və 34 yaşlı Ramazan Taş xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.
Xatırladaq ki, yük maşınları əsasən Rusiyadan ölkəmizə, oradan da Türkiyə marşrutu üzrə hərəkət edirmiş. Hadisə yerinə Ağstafa Rayon Polis Şöbəsinin, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları cəlb olunub. Qırmızı körpü istiqamətində yolun hərəkət zolağı bağlandığından nəqliyyatın hərəkəti alternativ istiqamətdə yönləndirilib. Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakı-Qazax magistralında 10-dan çox maşın toqquşdu: Xəsarət alanların kimlikləri bilindi - YENİLƏNİB
Bakı – Qazax – Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəti...