Ağdam sakini hərbi sursat partlaması nəticəsində ölüb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağdam rayon prokurorluğundan BAKU.WS-ə verilən xəbərə görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***17:01
Ağdamda çoban minaya düşdü.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə keçmiş təmas xəttinə yaxın ərazidə baş verib. Belə ki, rayon sakini qoyunları otararkən minaya düşüb.
Yaralanan şəxs Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq atası qonşunun qızını qaçırdı
Ötən ilin 14 dekabr tarixində Şəmkir rayonu Qaracəmirli kəndində 41 yaşlı qonşusunu qaçırmış 1989-cu il təvəllüdlü Rəşad Quliyev barəsində açılmış cinayət işi ü...