Ağciyər Xəstəlikləri İnstitutunda insident - Bıçaqla hücum çəkdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonunda yerləşən Ağciyər Xəstəlikləri İnstitutunda insident baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, oktyabrın 15-də xəstəxanaya gələn 1995-ci il təvəllüdlü R.Əsədov orada müalicə olunan qardaşının yanına keçib onunla görüşmək istədiyini bildirib. Həmin şəxsə palataya keçməyin qadağan olduğu bildirilsə də, R.Əsədov qardaşının vəziyyətinin ağır olduğunu bildirib və içəri keçməkdə israr edib.
O, bıçaqla mühafizəçiyə hücum edərək onu hədələyib. Əraziyə cəlb edilən polis əməkdaşlarının köməkliyi ilə həmin şəxs saxlanılaraq Nizami RPİ-nin 25-ci Polis Bölməsinə aparılıb.
Barəsində protokol tərtib edilən R.Əsədov Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 15 sutka həbs cəzası verilib.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...