Ağcabədidə yanacaqdoldurma məntəqəsi yanıb
27
avq
2025
09:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi rayonunda yanacaqdoldurma məntəqəsi yanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində, Mingəçevir - Bəhramtəpə magistral yolu üzərindəki məntəqədə baş verib.
Əraziyə FHN-nin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb edilib və yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...