Ağcabədidə oğul atasının fermasını yandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 17-də saat 19 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindəki fermaların birində yanğın baş verib, nəticədə fermanın yanar konstruksiyaları və orada olan 12.000 ədəd ot bağlaması yanıb.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini P.Əliyevin atasına məxsus fermanı qəsdən yandırmasına əsaslı şübhələr müəyyən edilib.
Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət...