Ağcabədidə dəhşətli QƏTL: 26 yaşlı Bayram bacısını niyə öldürdü? - TƏFƏRRÜAT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədidə 30 yaşlı qadın qətlə yetirilib. 26 yaşlı oğlan polisə gedərək təslim olub.
Qardaş bacısını qətlə yetirib. Dəhşətli qətl hadisəsi Ağcabədinin Aran kəndində qeydə alınıb.
BAKU.WS Xəzərxəbər.az-a istinadla xəbər verir ki, rayonun Aran kəndində müvəqqəti məskunlaşan Lacin rayonundan olan 30 yaşlı Lamiyə Abdullayevi qardaşı 26 yaşlı Bayram Xudaverdiyev öldürüb.
Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi bildirilir.
Xudaverdiyevlər ailəsi iddia edir ki, hadisəyə səbəb qadının həyat yoldaşının ailə üzvləri olub. Onlar bu barədə hüquq mühafizə orqanlarına məlumat veriblər.
Qeyd edək qardaşı tərəfindən qətlə yetirilən qadın ailəli olub. Onun iki azyaşlı övladı var.
Bayram Xudaverdiyev könülü olaraq polisə təslim olub.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...