Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mahir Məhərrəmov saxlanılıb.
Ondan 2 kiloqram heroin və 4 kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə M. Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...