Ağcabədi-Ağdam yolunda ağır qəza, ölən var
06
sen
2023
10:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Hindarx qəsəbə sakini, 1963-cü il təvəllüdlü Vüqar Muradov “VAZ 2106” markalı avtomobillə Ağcabədi-Ağdam yolunun 7-ci kilometrliyində piyada Ömərov Qürvət Mürvət oğlunu vurub. Nəticədə Q.Ömərov aldığı xəsarətlərdən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Hindarxda ölümlə nəticələnən yol qəzası olub
Hindarx qəsəbəsində ölümlə nəticələnən yol qəzası olub. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, iyul ayının 6-da saa...