Ağaclar aşdı, magistral yol bağlandı
08
iyn
2024
10:00
Yevlax- Zaqatala- Gürcüstan magistral yolunun Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb irigövdəli ağacların magistral yola aşmasıdır.
Belə ki, axşam saatlarında əsən güclü külək səbəbindən irigövdəli ağaclar magistral yola aşıb.
Nəticədə Qax rayonunun Tasmalı kəndi ərazisindən keçən hissəsi nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.
Hazırda yolun açılması istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Bakıda ağacların kökündən çıxarılması ilə bağlı icra hakimiyyətindən AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
Səbail Rayon İcra Hakimiyyəti rayon ərazisində yol kənarındakı ağacların kəsilməsi xəbərlərinə münasibət bildirib. BAKU.WS-in məlumatına görə, qurumdan Oxu.Az-ı...