"Abzas Media" saytının əməkdaşı saxlanılıb

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Nərgiz Absalamovanın saxlanmasını təsdiqləyib, bildirib ki, araşdırma aparılır.
Qeyd edək ki, noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə... - Azərbaycanda dəhşətli hadisə
Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib. BAKU.WS teleqraf.com-a istinadən xəbər verir ki, əri tərəfindən...
