Abşeronda traktor qaz xəttini zədələdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 11-də axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Cantəpə massivi adlanan ərazinin M.Ə.Sabir küçəsində traktor ilə diametri 108 mm olan qaz xəttini vuraraq qırıblar.
BAKU.WS xəbər verir ki, bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
"Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin məlumatına görə, qəza zamanı müşahidə edilən qaz sızmasının qarşısını almaq üçün bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qaz təchizatının bərpası məqsədilə müvafiq işlərin görülməsinə başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda yağışın təsirindən aşan hasar qaz xəttini zədələyib - FOTO
Noyabrın 16-da Bakıda intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb. BAKU.WS-in “Azəriqaz” İB-yə istinadən...