Abşeronda qəza zamanı 6 yaşlı Fransa vətəndaşı ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Saray-Novxanı şossesində yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Vəliyeva Tamella Eldəniz qızı idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsi ilə beton arakəsməyə çırpılıb.
Avtomobil aşıb. Nəticədə sürücü T.Vəliyeva, sərnişinlər 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim və 2011-ci il təvəllüdlü Rabbath Selin Maria Sirli Kərim ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyimə baxmayaraq, 2014-cü il təvəllüdlü Rabbath Rafael Nadim Sirli Kərim dünyasını dəyişib.
Qeyd edək ki, ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.
Oxşar xəbərlər
Kürdəmirdə dəhşətli qəza - 4 ölü, 6 yaralı - FOTO
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir...