Abşeronda 50 yaşlı şəxs itkin düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda 50 yaşlı şəxs itkin düşüb. Hacıyev Kamal Feyruz oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə yanvarın 11-i səhər saat 11:10 radələrində Masazır qəsəbəsində yaşanıb. O 1.75 sm boyunda az çəkili şəxs olub.
Yaxınlarının verdiyi məlumata əsasən, Hacıyev Kamal sonuncu dəfə bu gün saat 05:10 radələrində "28 May" metrosu ərazisində smart kameralar vasitəsilə görüntülənib.
Hacıyev Kamal Feyruz oğlu itkin düşən zaman əynində tünd göy rəngli üst geyimi, tünd göy rəngli şalvar və ayağında qara ayaqqabı olub.
O "Alzheimer" xəstəsi olub.
Hazırda itkin düşən kimi axtarışa elan edilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qalereya
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.