Abşeron İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu

Abşeron İcra Hakimiyyətinin işçiləri atəşə tutuldu
Hadisə 1880

Abşeron rayonunda silahlı insident baş verib.

BAKU.WS-in "Report”a istinadən verdiyi məlumata görə, Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.

Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan "Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Qazax-Bakı qatarında HƏYƏCANLI ANLAR-Qatarda "kalaşnikov"la silahlanmış şəxs tutuldu

Qazax-Bakı qatarında HƏYƏCANLI ANLAR-Qatarda "kalaşnikov"la silahlanmış şəxs tutuldu

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib....

3310 Hadisə 16:10 14 aprel 2017

Son xəbərlər