Saray qəsəbəsində qonşu qonşusunu güllələdi

Saray qəsəbəsində qonşu qonşusunu güllələdi
Hadisə 882

Dünən Abşeron rayonunda silahı insident baş verib. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 2-də rayonun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib. Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə müəyyən edilib ki, K.Babayevi qonşusu, həmyerlisi Qüdrət Kərimov "Makarov” markalı tapançadan iki dəfə açılmış atəş açmaqla güllələyib. Xəstəxanaya yerləşdirilən K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb. Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Ziya Babayev

BAKU.WS

Oxşar xəbərlər

“Azercell”in stansiyasından oğurluq edən şəxsi tutdular

“Azercell”in stansiyasından oğurluq edən şəxsi tutdular

"Azercell Telekom”a məxsus stansiyadan oğurluq edən şəxs yaxalanıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon...

1259 Hadisə 15:17 16 yanvar 2016

Son xəbərlər