ABŞ-dan ETİRAF: İŞİD-ə qarşı zərbələrdə 624 dinc sakin ölüb

04
avq
2017
23:57
2014-cü ilin avqust ayından başlayaraq ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD mövqelərinə zərbələri nəticəsində azı 624 dinc sakin həlak olub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə koalisiyanın qərargahı tərəfindən yayılan hesabatda deyilir.
Hesabatda qeyd olunur ki, bu zərbələr təkcə aviasiya deyil, həm də artilleriya zərbələrini də əhatə edir.
Bundan başqa hesabatda bildirilir ki, bu ilin iyun ayı ərzində 21 dinc sakin zərbələrin qurbanı olub.
BAKU.WS

Oxşar xəbərlər
Eurasinews Ermənistan hərbçilərinin vəhşiliyindən yazıb
Almaniyanın "Eurasinews" saytında iyulun 4-də Ermənistan tərəfindən cəbhə xətti boyunca atəşkəsin pozulmasına və erməni silahlı qüvvələrinin dinc azərbaycanlı ə...