Ermənilər Tərtərdə 16 yaşlı qızı öldürdü

05
apr
2016
12:59
Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini artilleriya zərbələri ilə vurması nəticəsində daha bir dinc sakin həlak olub.
BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində qeydə alınıb. Mərminin evə düşməsi nəticəsində 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı ölüb.
Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb. 16 yaşlı qızın meyiti müayinə olunmaq üçün Tərtər morquna aparılıb.
BAKU.WS

Oxşar xəbərlər
Ermənilər evləri artilleriya atəşinə tutdu: 1 mülki vətəndaşımız öldü, biri ayaqlarını itirdi
Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb. BAKU.WS APA...