ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi terrorçuların Azərbaycandakı qərargahını AÇIQLADI
Xəbər verdiyimiz kimi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir milyona yaxın məxfi sənədi ictimailəşdirib.
BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, MKİ-nin zəngin arxivindəki məxfi sənədlər arasında Cənubi Azərbaycandakı (Şimali İran) üsyan haqda material da var.
CIA-RDP81 01036R000100100030-7 nömrəli həmin sənəd 1953-cü ilin noyabrına aiddir.
Sənəddə olan informasiya SSRİ-İran münasibətləri barədədir və onun əsas predmeti Cənubi Azərbaycanda separatizm hərəkatının dirçəlişidir.
Hesabatda deyilir ki, 1953-cü ilin sentyabrından başlayaraq Bakıda Nefxsunun-hansı ki, Təbrizdəki tərəfdarları ilə daimi əlaqədədir, rəhbərliyi altında Azərbaycanın İnqilabi-azadlıq komitəsinin aktivləşməsi müşahidə olunur. Hesabatda qeyd edilir ki, komitənin fəaliyyəti ölkənin hərbi və hakimiyyət qüvvələri tərəfindən dəstəklənsə də Kommunist Partiyası tərəfindən tam dəstək tapmır.
Hesabatda sonra bildirilir ki, partiya rəhbərliyi Beriyanın həbsindən sonra Qafqazdakı, xüsusən də Gürcüstandakı qeyri-stabil siyasi vəziyyətdən narahatdır.
Zaqafqaziyada davam edən siyasi böhran Cənubi Azərbaycandakı üsyanla və bütövlükdə İranla bağlı bütün planların müvəqqəti təxirə salmasına gətirib çıxarıb.
Hesabatda göstərilir ki, SSRİ-nin İrandakı səfiri Lavrentev Kremli Cənubi Azərbaycanda separatizm üsyanının təşkili üzrə qətiyyətli hərəkətlərə çağırır. Bununla belə, hesabatda o da vurğulanır ki, Kreml "Tudə" partiyasının başçılığı ilə İran kommunist inqilabının təşkili üzrə Malenkovun planına daha çox meyl göstərir.
Hesabata əsasən, general Smolev və başqa sovet hərbi komandirləri Azərbaycan sosial hərəkatının İranla sərhəddəki səmərəsizliyini qeyd edir və üsyanın təşkilinin partizanlara verilməsini təklif edirlər.
Hesabatda həmçinin göstərilir ki, Qafqazda -Klara Tsetkin adına düşərgədə Cənubi Azərbaycandakı aksiyaların keçirilməsi üçün terrorçuların hazırlığı davam etdirilir. O da vurğulanır ki, hərəkatın qərargahı Tiflisdən Mingəçevirə köçürülüb.
Beləliklə, aydın olur ki, Şimali və Cənubi Azərbaycanın yenidən birləşdirilməsi üzrə planlar 1946-cı ildə dəfn edilməyibmiş, əksinə uzun müddət Sovet hakimiyyətinin diqqət mərkəzində olubmuş.
Onu da qeyd etməyə dəyər ki, Beriyanın, hansı ki, hesabatda ayrıca xatırlanır və 1954-cü ildə Mircəfər Bağırovun sonrakı həbsi Cənubi Azərbaycanın İrandan ayrılması planlarının dəyişməsində əsas rol oynayıb.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistanda atom bombası istehsal olunub (MƏXFİ SƏNƏD AÇILDI)
Ermənistanda atom bombası hazırlanıb. BAKU.WS armrus-a istinadən xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2011-ci ildə açılmış məxfi məlumatı...