Salyanda məktəbdə 17 nəfər tüstüdən zəhərlənib
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
***15:30
Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.
Məktəbi isitmək üçün istifadə olunan yanacaq növündən 20 nəfər şagirdin zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Əmisinin baltaladığı yeniyetmə evə buraxıldı
Cəlilabadda əmisi tərəfindən baltalanan 14 yaşlı yeniyetmə xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında...