SİZİN REKLAM BURADA!
055 213 76 73


Xaçmaz rayonunda qətl törətməkdə təqsirli bilinən Şamama Seyidova və oğlu Əmir Seyidovun cinayət işi yekunlaşıb.

BAKU.WS "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. İtkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub.

Bünyat Seyidov təklülə tüfənglə qətlə yetirildikdən sonra həyat yoldaşı və oğlu tərəfindən xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb.

Qətldə təqsirli bilinən hər iki şəxs həbs edilib. Hadisənin üstü mərhumun qardaşlarının onun itkin düşməsi haqqında müraciəti ilə əlaqədar aparılan araşdırmalar zamanı açılıb.

İş üzrə dindirilən Şamama Seyidova bildirib ki, Bünyat Seyidovla birgə nikahlarından 4 uşaqları var və onlardan ikisi azyaşlıdır.

2012-ci ilin yayında əri Dağıstandan qayıtdıqdan sonra sonuncu ilə münasibəti pisləşib. Bünyat içki içərək onu və uşaqlarını döyüb.

Münasibətlərinin pisləşməsinə ərinin qohumları səbəb olub. Onlar Şamamanı ərinə xəyanət etməkdə günahlandırıblar. Elə bu səbəbdən də evlərində daim söz-söhbət olub.

Hadisə baş verən gün Bünyat evdə aynabənddə döşəmədə uzanaraq yatıb. Saat 15:00 radələrində Şamama küçədə gizlənən oğlu Əmiri həyətə çağıraraq qorxmamasını və artıq atasının yatdığını söyləyib.

Oğluna deyib ki, aynabənddəki tüfəngi götürüb atasına atəş açıb öldürsün. Bununla da özləri öz həyatlarını normal davam etdirsinlər.

Mərhumun da meyitini həyətdəki quyuda basdıraraq qohumlara atasının guya sənədlərini götürüb işləmək üçün Rusiyaya getdiyini deyərlər.

Oğlunu inandırdıqdan sonra Əmirlə birlikdə evə daxil olublar. Əmir sobanın yanında olan tüfəngi götürərək bir metr məsafədən atasına atəş açıb.

Atasının başından açılan qan otağın divarına yayılıb. Səsə həyətdə oynayan azyaşlı qızı və oğlu gələrək atalarını qana bulaşmış vəziyyətdə yerdə görüblər. Əmir isə atəşdən sonra qorxub həyətə çıxaraq tövlədə gizlənib və atasının hələ də ölmədiyini düşünüb.

Təxminən 1 saat sonra uşaqlarla birgə meyiti həyətə çıxarıb quyunun içinə atıblar. Sonra isə yoldaşına məxsus bütün paltarları ora tullayıb üstünə torpaq töküblər. Daha sonra ərinin pasportunu sobaya atıb yandırıb ki, heç kimin əlinə keçməsin.

Uşaqlarına deyib ki, Bünyatı soruşan olsa, desinlər ki, ataları işləməyə gedib.

Digər təqsirləndirilən Əmir Seyidov ifadəsində hər şeyi olduğu kimi etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şamama Seyidova və Əmir Seyidovun cinayət əməlləri tam sübuta yetirilib.

Məhkəmə kollegiyasının hökmünə əsasən, Şamama Seyidova 15 il, Əmir Seyidov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS