13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Türkiyədə işdən qovulan çoban ferma müdirindən dəhşətli şəkildə intiqam alıb.


BAKU.WS
-in məlumatına görə, 37 yaşlı Birkan Ö. Uzun müddət çalışdığı Yuniseli məhəlləsindəki fermadan qovulub. Onu ferma müdiri Fatih Bayramça qovub. Səbəb isə çobanın fermadan quzu satarkən saxta pul alması olub.

Qovulduğu üçün özünü təhqir edilmiş hisab edən Birkan Ö. ov tüfəngi götürərək ferma müdirini öldürmək istəyib. Lakin atəş açarkən güllə ferma müdirinin 18 yaşlı oğlu Eray Bayramçaya dəyib.

Ağır yaralanan gənc xəstəxanaya aparılarkən yolda ölüb. Ferma işçiləri çobanı möhkəm döyüblər və polisə təhvil veriblər. Çoban məhkəmədə törətdiyi qətlə görə cavab verəcək.

Ziya Səccad
BAKU.WS