VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində həyatını itirən şəxsin görüntüləri yayılıb. 

Həmin görüntülər BAKU.WS-in "qaynar xətt"inə göndərilib.  

***15:26

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Şahidlərin “Report”un hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, ölən şəxsin kranın sürücüsü olduğu bildirilir.

Qeyd edilib ki, hadisə nəticəsində yaralan isə ərazidən keçən şəxslərdən biridir.

Məlumata görə, kranın aşması nəticəsində ərazidə olan 6 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Nərimanov Rayon Prokurorluğunun əməkdaşları gəlib.

***14:58

Bakıda kranın aşması nəticəsində bir nəfər ölüb.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Mövsüm Sənani 29 ünvanında baş verib.

Həmin ərazidə kranın aşması barədə məlumat təcili yardıma saat 14.04-də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.

***14:36

Bakıda kran doqquzmərtəbəli yaşayış binasının üzərinə aşıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, nəticədə "50 DP 151" dövlət nömrə nişanlı "Opel" və ərazidə olan bir neçə avtomobil kranın altında qalıb.

Həsən Əliyev küçəsində baş verən hadisə zamanı xəsarət alanlar olub.

Ətrafa ciddi ziyan dəyib. 

BAKU.WS
VİDEO